Azərbaycanın bu məşhur bölgəsindəki restoranlar sökülür – FOTObackend

Azərbaycanın bu məşhur bölgəsindəki restoranlar sökülür – FOTO

Azərbaycanın bu məşhur bölgəsindəki restoranlar sökülür – FOTO

Hokm.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının kənarında fəaliyyət göstərən köhnə və şəraitsiz rest­oran, kafe və çay evləri sökülərək yerində müasir obyektlər tikilir.

 Bakıdan bölgələrə və əks istiqamətə gedən turistlərə, sürücü və sərnişinlərə müasir tələblərə uyğun xidmətin göstərilməsi üçün həmin obyektlərin sahiblərinə uyğun şərait yaradılması tövsiyə edilib. Yeni qərara uyğun olaraq bəzi sahibkarlar müasir standartlara cavab verməyən köhnə və şəraitsiz obyektləri sökməyə başlayıblar.

Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əli­yev bildirib ki, yol kənarında eləcə də digər ərazilərdə ­bu cür iaşə obyektlərinin sökülərək yenidən tikilməsinə səbəb rayonlarda turizmin inkişafına də­stək olmaqdır: “Həmin obyektlərə baxış keçirilib və sahibkarlara müasir stan­dartlara uyğun layih­ələr təqdim olub, işlərə başlanılıb. Bizim bu prosesi başlatmaq­da əsas məqsədimiz yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara stan­dartlara uyğun keyfi­yyətli xidmətin göst­ərilməsini təmin etm­əkdən ibarətdir”.

Baş memar həmçinin bil­dirib ki, söküntü və tikinti işlərinin ma­liyyə xərclərini sahi­bkarlar özləri qarşılayır.

Qeyd edək ki, ilkin mərhə­lədə Şamaxı ilə yana­şı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonları ərazisindən keçən ölkə əhəmiyyət­li avtomobil yollar­ının kənarlarında uyğun­suz hesab edilən büt­ün köhnə kafe və restoranl­ar söküləcək.

  •  (0)
  •  (1)