Azərbaycanın bu bölgəsinə güclü qar yağdı – FOTObackend

Azərbaycanın bu bölgəsinə güclü qar yağdı – FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

Hokm.az-ın APA-ya istinadla məlumatına görə, Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar yağıb. Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar qeydə alınıb. Quba rayon mərkəzində 5 santimetr qar var.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

  •  (0)
  •  (0)