Youtube şəbəkəsi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “wargonzo” səhifəsini silib.
İkinci Qarabağ müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən rusiyalı hərbi jurnalist Semyon Peqovun “wargonzo” kanalını Youtube şəbəkəsi tamamilə sildiyini açıqlayıb.
Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub.
Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən “wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub. Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib.