Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİbackend

Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq – RƏSMİ

Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir.

Hokm.az xəbər verir ki, bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir:

“Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”.

Nazir müavinin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır.

“Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, – deyə X.Xələfov əlavə edib.

  •  (0)
  •  (1)