“Azərbaycandan dayanmağı tələb edirdilər, lakin Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi” – Sahibə Qafarovabackend

“Azərbaycandan dayanmağı tələb edirdilər, lakin Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi” – Sahibə Qafarova

Bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır.

Hokm.az Trend-ə istinadən bildirir ki, əbunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib: “Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Xahiş edirəm şəhidlırimizin xatirəsini bir dəqiqlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

S.Qafarova bildirib ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəs edən, Qarabağln incisi Şuşanın müzəffər ordumuz tərəfindən işğaldan azad oluması dillərdə dastan olacaq. Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda haos, hərci-mərclik hokum sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimiz talan edib.

Azərbaycan Prezidentinə təzyiqlər olsa Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi, hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq oldun İlham Əliyevaə, eşq olsun müzəffər ordumuza, yaşasın Azərbaycan xalqı”.

  •  (0)
  •  (0)