Azərbaycanda yüksək vəzifəyə təyinatbackend

Azərbaycanda yüksək vəzifəyə təyinat

Təhsildə Keyfiyyət Təminatı Agentliyində yeni təyinat

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Hokm.az-a verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.

Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə isə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.

2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində mextəlif vəzifələrdə çalışıb.

Qeyd olunan məlumat TKTA tərəfindən təqsdiqlənmişdir.

  •  (0)
  •  (0)