Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi – FOTObackend

Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi – FOTO

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

Hokm.az xəbər verir ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.

2014-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunub. Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü idi.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (1)