Azərbaycanda daha bir polis koronavirusun qurbanı olub.
Hokm.az “oxu.az”a istinadən xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin Yol Polisi bölməsinin rəis müavini, polis kapitanı Əliyev Fərid Koroğlu oğlu vəfat edib.
O, 1988-ci ildə Qazax rayonun Daşsalahlı kəndində anadan olub.
32 yaşlı polis ötən gün COVID-19-dan ölüb.

















