Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? – DİN-dən açıqlamabackend

Azərbaycanda yoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlanıb? - DİN-dən açıqlama

Göyçay rayonunun Qaraməryəm kəndində “Kompleks” adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınması haqda xəbər yayılıb. 

Hokm.az xəbər verir ki, məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.

Azxeber.com məlumatı  dəqiqləşdirmək üçün Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxlayıb.

O bildirib: “Bu məlumat əsassızdır. Qəsəbəyə giriş-çıxış bağlanmayıb və heç bir məhdudiyyət yoxdur”.

 

  •  (0)
  •  (0)