Azərbaycanın media məkanına daha bir xəbər saytı daxil oldu. “www.vetenxeber.com” portalı artıq internet istifadəçilərinin ixtiyarındadır. Portal ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi, idman və həyatın digər sahələrini əhatə edən mövzuları, həmçinin dünya gündəmi ilə bağlı xəbərləri oxucuların diqqətinə çatdıracaq.
“Demokratiyanın, azad və inkişaf etmiş cəmiyyətlər üçün əsas şərtlərdən biri insanların düzgün məlumatlandırılmasıdır. Buna görə də “www.vetenxeber.com” oxucularını obyektiv informasiya ilə operativ şəkildə təmin etməyi hədəf götürüb. İnanırıq ki, “www.vetenxeber.com” qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək” sayıtın təsisçisi və baş redaktoru Allahverdi Nadir oğlu Şəfiyev belə deyib.
Müstəqil informasiya siyasəti həyata kecirən media qurum Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.


_______________________________________________
Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.
Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/
















