Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? – Rəsmi açıqlamabackend

Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? – Rəsmi açıqlama

Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.

O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:

“Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (1)