Azərbaycanda yaxın zamanlarda… – Koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİbackend

Azərbaycanda yaxın zamanlarda… – Koronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ

Vaksin olunan şəxslərin böyük hissəsi koronavirusu yüngül keçirir. Müəyyən insanlarda 1-2 gün az hərarət ola, bəzilərində də vurulan nahiyədə qızartı və şişkinlik görünə bilər ki, bu da tez keçib gedir. Vaksinasiya sayəsində yoluxma sayında kifayət qədər azalma müşahidə olunur.

Bu sözləri publika.az-a açıqlamasında həkim-terapevt Məlahət İsayevadeyib.

28 saylı Bilgəh BŞX modul tipli xəstəxanasında çalışan həkim bildirib ki, ayın 13-də ezama xitam olunub:

“Ezamım uzadılmadı. Bu, artıq xəstə sayının azalması və bir çox modul tipli xəstəxanaların bağlanması ilə əlaqədardır. Yəqin ki, bizim modul tipli xəstəxanamız da ayın sonuna kimi bağlanar. Çünki xəstə sayı azalıb, tək-tük xəstələr müraciət edir, əvvəlki kimi çox deyil. Hazırda poliklinikada çalışıram və xəstələr infeksiyanı yüngül keçirtdiyi üçün telefonla lazımi tövsiyələri verir və müalicə edirik. Hərarəti olan insanlardan yaxmalar götürülür və laboratoriyaya göndərilir. Fəal sürətdə insanlar poliklinikaya gəlir, könüllü şəkildə vaksin olunur”.

 

Həkim əlavə edib ki, ölkəmizdə vaksinasiya çox böyük uğurla həyata keçirilir:

“Vaksinasiya prosesi çox aktiv şəkildə davam etdirilir. Cəmiyyət anlayır ki, pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır. Eyni zamanda özlərini qorumağa çalışırlar. İnsanlar artıq bu pandemiyadan doyublar, yorulublar, bu xəstəlikdən uzaq olmaq istəyirlər. Əlbəttə ki, havalar isindikcə viruslar və mikroblar isti günəş şüası altında məhv olur. Odur ki, yaya ümidlərimiz böyükdür. Yəqin ki, çimərliklər də açılacaq. İnsanlar istirahət üçün çimərliklərə və rayonlara üz tuta biləcək. Sözsüz ki, bütün bunlar vaksinasiya hesabına əldə olunan müsbət nəticələrdir. Hesab edirəm ki, insanlar sosial məsafə qaydalarını gözləsə, təmaslardan çəkinsələr, daha yaxşı nəticələr əldə etmək mümkün olacaq. İnanıram ki, Operativ Qərargah da yaxın zamanlarda açıq havada maskasız gəzməyə dair qərar qəbul edəcək. Ümumilikdə yayda vəziyyətin daha yaxşı olacağını hesab edirəm”.

  •  (1)
  •  (2)