Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin – Deputatdan TƏKLİFbackend

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin – Deputatdan TƏKLİF

Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilsin.

Hokm.az xəbər verir ki, bu təkliflə deputat Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, onlarla insan ona müraciət edərək bu məsələni qaldırmağı xahiş edib.

“Onlarla vətəndaş xahiş edir ki, yaslara da icazə verilsin. Toyların 150 nəfər olmaqla keçirilməsinə icazə verilib. Hesab edirəm ki, yas məclislərinin də 100-150 nəfər civarında keçirilməsinə icazə verilə bilər. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur”, – deyə R.Nurullayev qeyd edib.

  •  (0)
  •  (0)