Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa oldubackend

Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa oldu

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Hokm.az Azsiyasət.com-a istinadən xəbər verir ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

  •  (0)
  •  (0)