Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən varbackend

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Hokm.az xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.
Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub.
S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.report.az
  •  (1)
  •  (1)