Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTObackend

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova vəfat edib.

Bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında məlumat verib.

“Onun rəhbərlik etdiyi elmi seminarın 3 il üzvü oldum. Həddindən artıq ədalətli, zəhmətkeş, vicdanlı, elmə dəyər verən alimlərimizdən idi. Onun yazdığı “İctimai inkişaf və dil” monoqrafiyasında modernləşmə, kommunikasiya, milli identikliyin formalaşmasında dil amili problemləri nəzərdən keçirilib. Allah rəhmət eləsin!” – E.Əliyev qeyd edib.

  •  (0)
  •  (0)