Azərbaycanda vəzifəli şəxs vəfat edib – FOTObackend

Azərbaycanda vəzifəli şəxs vəfat edib – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib.

Hokm.Az baku.ws-ə istinadən bildirir ki, o, 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fikrət Lütvəli oğlu Nuriyev 1949-cu ildə anadan olub. O, 1990-ci ilin dekabr ayından AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışıb.

F.Nuriyev 1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifəsində işləyib.

  •  (0)
  •  (1)