Azərbaycanda vəzifəli şəxs qəzaya düşdübackend

Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az-ın məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1988-ci il təvəllüdlü Murov Həsənov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin  kafi olduğu bildirilir. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Murov Həsənovun getdiyi avtomobil taksi olub.

Qeyd edək ki Murov Həsənov Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri müavinidir.

Faktla bağlı araşdırma aparılır.APA

  •  (1)
  •  (0)