Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ: 341 min manatlıq dələduzluqda ittiham olunurbackend

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ: 341 min manatlıq dələduzluqda ittiham olunur

Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, Konstitusiya Məhkəməsinin keçmiş əməkdaşı Səbuhi Vaqifoğlu (Səbuhi Rəcəb) həbs edilib.

Hokm.az xəbər verir ki, o, 341 min manatlıq dələduzluqda ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirlilən şəxs ittiham aktı ilə tanış olmadığı üçün cinayət işinin baxışa təyin olunmamasını istəyib. Bu səbəbdən hazırlıq iclası iyunun 13-nə təxirə salınıb.

Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat pulu alıb qaytarmamaqda təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub. (E-huquq.az)

  •  (0)
  •  (0)