Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA – EKSKLÜZİVbackend

Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA – EKSKLÜZİV

Mayın 18-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Hokm.az Qazet.az-a istinadla xəbər verir ki, hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bir sıra məhdudiyyətlər qüvvədə qalır.

Bunlar arasında tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması da var.

Lakin sosial şəbəkələrdə və yerli KİV-də sentyabr ayından etibarən toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə veriləcəyi barədə məlumatlar yer alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Qazet.az-a açıqlamasında bildirir ki, toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə verilməsi ilə bağlı dəqiq tarix hələ ki, bilinmir.

“Bu barədə heç bir qərar yoxdur. Bunu heç kim bilmir”, – deyə İbrahim Məmmədov vurğulayıb.

  •  (0)
  •  (4)