Azərbaycanda toydan evə qayıdan ailə üzvləri dəhşət yaşadı – 4 NƏFƏR ÖLDÜ/FOTObackend

Azərbaycanda toydan evə qayıdan ailə üzvləri dəhşət yaşadı – 4 NƏFƏR ÖLDÜ/FOTO

Bir neçə gün əvvəl gecə saatlarında Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində 4 nəfərin ölümünə səbəb olan dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hokm.az xəbər verir ki, sürətlə hərəkət edərkən yoldan çıxıb çinar ağacına çırpılan avtomobildə olan 4 nəfər saat 22 radələrində Xaçmaz rayonu istiqamətindən Qubaya doğru toydan qayıdırmış. Belə ki, dumanlı hava şəraitində Alekseyevka kənd sakini 1999-cu il təvəllüdlü Məhəmməd Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobili yoldan çıxıb. Nəticədə sürücü və sərnişinləri – atası 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlu, əmisi Allahverdiyev Ağabala Atabala oğlu və qohumları 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlu zərbənin təsirindən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qey edək ki Quba-Xaçmaz yolunda tez-tez ağır yol qəzaları baş verir.

  •  (0)
  •  (0)