Azərbaycanda toya hazırlaşan cütlük qəzaya düşdü – Oğlan öldü, qız xəsarət aldı – FOTObackend

Azərbaycanda toya hazırlaşan cütlük qəzaya düşdü – Oğlan öldü, qız xəsarət aldı – FOTO

Ötən gün Şəki şəhərində baş verən yol qəzası barədə bəzi təfərrüatları məlum olub.

Sfera.az-ın xəbərinə görə, Holavar kəndində “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzada həlak olan İbrahim Ağalarov və Günel Göyüşova nişanlı olublar. Onların 1 həftə sonra toyları olacaqdı.

  •  (0)
  •  (0)