Azərbaycanda TOPAZ kabusu dolaşır…-TOPAZA KİM NƏZARƏT EDİR?backend

Azərbaycanda TOPAZ kabusu dolaşır…-TOPAZA KİM NƏZARƏT EDİR?

QUMAR oyunlarının cəmiyyət və millət üçün  necə təhlükəli olduğu bəllidir.

Hətta müqəddəs kitablarda qumar  lənətlənir. Amma  bugünkü  dünyanın öz reallıqları da var. Və bizim xoşumuza gəlməsə də bu gün Azərbaycanda idman yarışları adı altında əməlli-başlı qumar gedir. Adı da TOPAZ-dır. Bəli, Azərbaycanda yeganə mərc oyunları şirkəti TOPAZ-dır. Təsəvvür edirsiniz, burada çalışan əcnəbilər bizim pulumuzu haram yolla qazanıb öz ölkələrinə aparırlar.  Riyazi hesablamaya görə,  guya  yığılan pulların ( vergi, idman nazirliyi  daxil olmaqla ) 60-65 faizi  geri ödəniş edilir. Qeyri-rəsmi məlumata görə, TOPAZ-ın rəsmi dövrüyyəsi  200 milyondan çoxdur, bəs qeyri-rəsmi nə qədərdir ? Məlumata görə, TOPAZ-ın illik gəliri 80 milyondan çoxdur. Bu qədər gəliri olan şirkətdə çalışan türklərin aylıq maaşı  20.000 manatdır və əcnəbi işçilərin aylıq xərclərini TOPAZ ödəyir. Təsəvvür edin ki, TOPAZ əcnəbi işçi üçün  3000 manata ev kirayə edir, ildə 10 dəfə şirkətin hesabına öz vətənlərinə gedib gəlirlər. İlin sonunda isə əcnəbi işçilərə  100.000  manat bonus yazılır. Şirkətin azərbaycanlı işçilərinə isə az qala  2-ci sort kimi baxırlar.gundelik-baku

  •  (0)
  •  (0)