Azərbaycanda telefonlara gələn bu SMS nədir? – HAMI BAXMADAN SİLİR…backend

Azərbaycanda telefonlara gələn bu SMS nədir? – HAMI BAXMADAN SİLİR…

Bir neçə gündür “Nar Mobile” abunəçilərinə BMT tərəfindən müəyyən sorğuda iştirakla bağlı mesaj göndərilir.

Hokm.az xəbər verir ki, mesajı alan istifadəçilər isə bunun təxribat olduğunu düşünərək, linkə daxil olmadan mesajı silirlər.

Məsələ ilə bağlı mobil “Nar Mobile”dən saytımıza verilən məlumata görə, göndərilən mesajda narahatlığa səbəb heç nə yoxdur:

“Sözügedən mesaj BMT tərəfindən göndərilir və biz burada sadəcə vasitəçiyik. Həmin mesajda təhlükəli və ya təxribat xarekterli bir hal yoxdur. Əgər mesajda hər hansısa təxribat halı qeydə alınsaydı, “Nar Mobile” bunun kütləvi şəkildə göndərilməsinə icazə verməzdi”.(Redaktor.az)

  •  (0)
  •  (1)