Azərbaycanda telefonlar dinlənilir? – MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA…
Son günlər sosial şəbəkələr vasitəsi ilə müxtəlif yazılar yayılmaqdadır. Koronavirusla bağlı yayılan mesajlar insanlarda panikaya səbəb olur.
Hokm.az Qazet.az-a istinadla xəbər verir ki, növbəti “trend” telefon yazılarının dinlənilməsi ilə bağlı yayılan məlumatlardır.
Qeyd edilir ki, Azərbaycanda bütün vətəndaşların telefon danışıqları dinlənilir və hər kəsdən ehtiyyatlı olmaq tövsiyyə edilir.

“Whatsapp” sosial şəbəkəsində yayılan bu məlumatlara millət vəkili Naqif Həmzəyev belə şərh verib:
“Bu haqda mənim nəsə deməyim doğru olmaz. Ekspert deyiləm və o qurumu təmsil etmirəm. Mən belə bir halla qarşılaşmamışam. Olacağı təqdirdə isə təhlükəsizliyimiz üçündür. Qorxulu heçnə yoxdur”.

















