Azərbaycanda tələbə faciəvi şəkildə öldü – Meyiti tapıldı – YENİLƏNDİbackend

Azərbaycanda tələbə faciəvi şəkildə öldü – Meyiti tapıldı – YENİLƏNDİ

16:47

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batan 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Hokm.az-a verilən məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

__________

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Hokm.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. O, Şirvan Humanitar Kollecinin tələbəsidir.

Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

  •  (0)
  •  (4)