Azərbaycan təhsili özünün qara günlərini yaşamaqdadır.
Hokm.az xəbər verir ki, bu sahədə ard-arda baş verən hadisələr qurumun işinin bərbad olduğunu göstərir.
Belə ki, direktor qalmaqalları, şagirdlərin adının seks olaylarında hallanması, rüşvət iddiaları və nəhayat, 162 saylı məktəbdə Elina adlı şagirdin intiharı durumun vahim həddə olduğunu üzə çıxarıb.
İddialar o dərəcədə qorxunc olub ki, birbaşa ölkə prezidenti hadisəyə müdaxilə edib.
Bu azmış kimi, Bu gün Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb.
Bu hadisə isə yağ qazanını daha da daşırıb.
Arıq sosial media təhsil nazirinin istefasını istəyənlərlə aşıb-daşır.
Onlardan biri tanınmış jurnalist Eynulla Fətullayev yazır (redaktəsiz): “Tehsil Nazirliyinde ve mekteblerde biabırçılıq hökm sürür! Ortaesrlik feodal üsul-idaredir! Bu gün Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə müəllim şagirdi döyüb. Uşağın adı Hüseynov Aqşindir, 12 yaşı var, 7-ci sinifdə oxuyur. Onu döyüb ağır xəsarət yetirən müəllimin adı hələlik məlum deyil. 321 saylı məktəbdən telefon zənglərimizə cavab vermirlər.
Bele getse, tehsil naziri istefa vermelidir! İşininin öhdesinden gele bilmir, vessalam!”
İddia edilir ki, baş verənlər nazirin mövqeyini sarısıdıb və onun yaxın günlərdə işdən azad edilməsi gözlənilir.
















