Azərbaycanda Təcili Yardımla pişik üstündə dava – VİDEObackend

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava – VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb.

Hokm.az xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb. Aidiyyəti qurumdan şifahi olaraq bildirildi ki, mövcud zənglə bağlı araşdırma edilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına belə bir zəng daxil olmayıb və səsdə qeyd edilir ki, stansiyada 5 operator var. Lakin paytaxtın təcili tibbi yardım stansiyasında 14 operator xidmət göstərir. Bu zəngin sadəcə zarafat xarakterli ola biləcəyi də qeyd edilir.

Sosioloq Rəşad Əsgər də bu cür naməlum zənglərin birmənalı qarşılanmadığını deyib. O bildirib ki, təcili yardıma zəng edən şəxs fikrini düzgün izah etməlidir.

Psixoloq Vüsalə Əmiraslanova isə başqa fikirdədir. O deyir ki, yardım istəyən bir insana bu şəkildə cavab verilməsi düzgün deyil.

Psixoloqun sözlərinə görə, cəmiyyətdə birmənalı qarşılanmayan bu cür hadisələrdə çox zaman hər iki tərəf bir-birini yanlış anlayır. Belə anlaşılmazlıqlar isə insan ölümünə gətirib çıxara bilər.

  •  (0)
  •  (0)