Azərbaycanda tarixçi alim vəfat etdibackend

Azərbaycanda tarixçi alim vəfat etdi

Tanınmış etnoloq, Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə irsininin araşdırmaçısı, tarix üzrə elmlər doktoru, professor Aydın Balayev vəfat edib.

Bu barədə onun həyat yoldaşı, jurnalist Nailə Balayeva məlumat verib.

O, tarixçinin bir neçə aydır onkoloji xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.

Aydın Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, daha sonra isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

Aydın Balayev etnososiologiya, etnik sosiolinqvistika, eləcə də XIX əsrin sonu və XX əsrin başlanğıcında Azərbaycanda milli hərəkatın təşəkkülü və milli kimliyin formalaşması proseslərinin tədqiqinə dair 15-dən artıq kitabın müəllifi idi.

  •  (0)
  •  (1)