Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı – 43 ölümbackend

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı – 43 ölüm

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hokm.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50244 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

  •  (0)
  •  (0)