Azərbaycanda son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlandı – FOTObackend

Azərbaycanda son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlandı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4 635 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 19 044 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, bu günə qədər isə ümumilikdə 3 300 581 test icra olunub.

  •  (0)
  •  (0)