Azərbaycanda şirkət öz əməkdaşını girov götürüb, ailəsi ilə görüşməyə qadağa qoyub.
Hokm.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verlişində oğlunu Mübariz Hüseynovu axtaran ana bildirib.
O, qeyd edib ki, oğlu bir neçə gündən sonra ona zəng edib:
“Mübariz mənə dedi ki, Nərimanov rayonunda yerləşən bir şirkətdə işləyir. Oğlumun dediyinə görə ona ailəsi ilə danışmağı və görüşməyi qadağa qoyublar. Danışanda bir cümlə deyib, söyləyib ki, bir şirkətdə işləyirəm, məni axtarmayın. Daha sonra çox danışa bilmirəm söyləyib, telefonu söndürüb. Mübariz öz nömrəsi ilə deyil, başqa nömrə ilə yığıb”.Sonxeber.az
















