Azərbaycanda ŞOK HADİSƏ – 101 nəfər təyyarəyə minmək üçün saxta COVID testi verdibackend

Azərbaycanda ŞOK HADİSƏ – 101 nəfər təyyarəyə minmək üçün saxta COVID testi verdi

Saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışların verilməsi ilə məşğul olan bir qrup şəxslərin qanunazidd əməlləri ifşa edilib.

Baş Prokurorluqdan Hokm.az-a bildirilib ki, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmələri üçün saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 18 may 2021-ci il tarixdə Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta “COVİD-19” testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

  •  (0)
  •  (0)