Azərbaycanda “sms icazə”nin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda “sms icazə”nin ləğvi ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda dekabrın 14-dən yanvarın 18-dək sərt karantin rejimi və “sms icazə” sistemi tətbiq edilir. Son günlər gündəlik koronavirusa yoluxanların sayı 601 nəfərə düşüb. 1593 nəfər müalicə olunaraq sağalıb, 19-u isə vəfat edib. Gündəlik yoluxanların sayı digər günlərə nisbətən 3-4 dəfə azalıb. Bu gün hər kəsi maraqlandıran sual yanvarın 18-dən sonra Azərbaycanda “sms icazə” sisteminin ləğv ediləcəyi ilə bağlıdır.

Hokm.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda məlumat yoxdur:

“Bu həftə “sms icazə” sisteminin ləğv edilməsi ilə bağlı məlumat yoxdur. Əgər bu barədə qərar olarsa ictimaiyyətə məlumat verəcəyik”.

  •  (1)
  •  (0)