Azərbaycanda sel gənc oğlanın həyatına son qoydu – FOTObackend

Azərbaycanda sel gənc oğlanın həyatına son qoydu – FOTO

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

Hokm.az “Ölkə.az”a istinadən  xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qurucana çayında baş verib.

Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

  •  (0)
  •  (0)