Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hokm.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, Rayonun Güləmli kənd sakini 1993-cü il təvəllüdlü Tural Şahverdiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə Şabran şəhər sakini, 1999-cu il təvəllüdlü Gündüz Heydər oğlu Ziyadovu vurub. G.Ziyadov onu vuran sürücü tərəfindən Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
















