Azərbaycanda sayt rəhbəri saxlanılıb.
Hokm.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev məlumat verib.
Bildirilib ki, “cenub.az” xəbər portalının rəhbəri Zaur Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir. (Report)