Azərbaycanda quyu qazan kəndli görün nələr tapdı – VİDEObackend

Azərbaycanda quyu qazan kəndli görün nələr tapdı – VİDEO

Cəlilabad rayonunun Alar kənd sakini həyətyanı sahədə təsərrüfat quyusu qazarkən maraqlı mənzərə ilə qarşılaşıb.

Hokm.az Baku.tv-yə istinadən xəbər verir ki, qazıntı aparılan ərazidə tarixi mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar rayon sakini Afəddin Mirzəyevə məxsus həyatyanı sahədə aşkar olunub.

Tarixi qalıqlar əsasən, təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir. Tarixi məlumata görə, XI-XII əsrə aid olduğu ehtimal olunan kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib. Bunu kürənin ətrafında olan kül qalıqları da sübut edir.

Ərazidə bu tip tapıntıların aşkarlanması orta əsrlərdə dulusçuluq sənətinin yüksək səviyyədə inkişafından xəbər verir. Mütəxəssislərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər.

Çünki, bu ərazilər uzun müddət bataqlıqlardan ibarət olduğundan fasiləsiz həyatın uzun zaman davam etməsi mümkünsüz görünür.

Mövcud tapıntının araşdırılması isə orta əsrlərlə bağlı geniş tarixi məlumatları üzə çıxara bilər. Qeyd edək ki, tapıntılar Cəlilabadda orta əsrlərə aid sayca 2-ci istehsal kürəsi hesab olunur.

  •  (0)
  •  (0)