Azərbaycanda qüvvədə qalan karantin qadağaları – SİYAHIbackend

Azərbaycanda qüvvədə qalan karantin qadağaları – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gündə ölkə ərazisində maska tələbi ləğv edilib. Nazirlər Kabinetinin aprelin 22 qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.

Eyni zamanda, bu gündən Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Maska tələbi ləğv edilsə də, Azərbaycanda bəzi karantin qadağaları hələ də qüvvədədir.

Hokm.az qüvvədə olan karantin qadağalarını təqdim edir:

* Xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Yeni qərara əsasən, 1 iyul saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunur.

* Azərbaycanın qonşu öölkələrlə quru sərhədləri hələ açılmayıb. Hazırda vətəndaşlar ölkə ərazisini yalnız hava yolu ilə tərk edə bilir.

* 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.

Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

  •  (2)
  •  (2)