Azərbaycanda qorxulu statistika: Cinayət edənlərin çoxu işsizlər olubbackend

Azərbaycanda qorxulu statistika: Cinayət edənlərin çoxu işsizlər olub

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Hokm.az bakupost.az-a istinadla xəbər verir ki, 2020-ci ildə Azərbaycanda 17 482 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 844-ü məşğulluğuna görə fəhlə, 487-si qulluqçu, 145-i kənd təsərrüfatı işçiləri, 81-i təhsil alanlardır.

Cinayətkarların qalan 5 451-i digər sahələr üzrə işləyib. Müәyyәn edilmiş cinayәt törәdənlərin 11 733-ü 30 və daha yuxarı yaşda olub.

Ümumilikdə, ölkədə həm müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı çoxalıb.

Bununla yanaşı, yaşı 30-dan çox olanlar arasında da qeydə alınan cinayətlərin sayı artıb. 2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2020-ci ildə 11 733-nün yaşı 30 və daha yuxarı olub.

  •  (0)
  •  (0)