Azərbaycanda qəribə ölüm hadisəsi – Velosipedlə vurub öldürdübackend

Azərbaycanda qəribə ölüm hadisəsi – Velosipedlə vurub öldürdü

Qubada bədbəxt hadisə baş verib.

Hokm.az xəbər verir ki, rayonun Barlı kəndində Xaçmaz rayon Arzu kənd sakini, 2007-ci il təvəllüdlü Məhərrəmov Alim Vüqar oğlu velosipedlə 1954-cü il təvəllüdlü Yunusov Qiyaməddin Sədrəddin oğlunu vurub.

Ağır xəsarət alan 67 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)