Azərbaycanda professor vəfat edib – FOTObackend

Azərbaycanda professor vəfat edib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, Z.Məmmədov 90 yaşında dünyasını dəyişib.

O, universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.

Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

  •  (0)
  •  (0)