Gəncə şəhərində sərxoş sürücü maşınının oğurlandığını iddia edib.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini S.Məmmədov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək ona məxsus QAZ-31 markalı avtomobilinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin yeri şəhər ərazisində müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki avtomobilin sahibi sərxoş olduğundan sonuncu dəfə avtomobili harada saxladığını unutduğundan qaçırıldığını zənn edərək polisə müraciət edib.