Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü – FOTObackend

Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü – FOTO

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hokm.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü – 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.
  •  (0)
  •  (0)