Azərbaycanda polis əməkdaşı özünü güllələdibackend

Azərbaycanda polis əməkdaşı özünü güllələdi

Şəmkir rayonu ərazisində polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsız davranıb.

Nəticədə atəş açılıb və S.Əliyev hadisə zamanı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.Report

  •  (0)
  •  (0)