Azərbaycanda otellər üçün qoyulmuş 2 tələb ləğv edildibackend

Azərbaycanda otellər üçün qoyulmuş 2 tələb ləğv edildi

Azərbaycan Respublikası Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası zamanı Azərbaycan Respublikasında otellərin fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.

Hokm.az-ın məlumatına görə, mövcud qaydalara görə, bütün otel işçiləri otel hesabına yeddi gündən bir COVID-19 testindən keçməli idilər.

Eyni zamanda, otellər COVID-19 xəstəsi olan və son 48 saat ərzində COVID-19 üçün mənfi test nəticəsinə dair müvafiq sertifikatı olmayan, xəstəlikdən sağalan (son testin nəticəsinin mənfi çıxdığı gündən ən azı 14 gün keçməlidir), koronavirus testi mənfi çıxdıqdan sonra 14 günü tamam olmayan, həmçinin test nəticələri müsbət olan insanlarla təmasda olduğu üçün özünütəcrid vəziyyətində olan ziyarətçiləri qəbul etmirdi.

Hər iki tələb ləğv edildi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.

  •  (0)
  •  (0)