Azərbaycanda oğul qorxudan atasını polisə verdibackend

Azərbaycanda oğul qorxudan atasını polisə verdi

Saatlı rayon sakinindən odlu silah götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Hokm.az-a məlumat verilib.
Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.
  •  (0)
  •  (0)