Bu ilin yanvar-may ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı artıb.
Hokm.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Bildirilir ki, bu ilin 5 ayı ərzində ölkədə 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
















