Azərbaycanda nənəsinin yasından qayıdan qız qəzaya düşüb öldübackend

Azərbaycanda nənəsinin yasından qayıdan qız qəzaya düşüb öldü

Xəbər verdiyimiz kimi, Qobustanda sərnişin daşıyan “Mercedes Vita” markalı 90 XP 790 nömrəli mikroavtobusun sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Hokm.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə nəticəsində vəfat edən 1996-cı il təvəllüdlü Əminə Qabulovadır.

Məlumata görə, o, Qaxdan nənəsinin yasından qayıdırmış.

Qeyd edək ki, həmin mikroavtobusun Bakı-Zaqatala istiqamətində sərnişin daşıma ilə məşğul olduğu bildirilir.

  •  (0)
  •  (0)