Azərbaycanda nazir müavini işdən çıxarıldı – FOTObackend

Azərbaycanda nazir müavini işdən çıxarıldı – FOTO

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

Bu barədə müvafiq sərəncam imzalanıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilmişdi.

Xatırldaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub. (Report)

Hokm.az

  •  (0)
  •  (0)